Rusiyanın dayandırılması üçün “qisas silahı” yaradılmalıdır - TƏKLİF
Bizi izləyin

MDB

Rusiyanın dayandırılması üçün “qisas silahı” yaradılmalıdır - TƏKLİF

Ukrayna Rusiyanın dayandırılması üçün “qisas silahı” yaratmalıdır.

Publika.az xəbər verir ki, bu haqda “NewsOne” telekanalının efirində hərbi ekspert, Ukraynanın Təhlükəsizlik Xidmətinin istefada olan polkovniki Oleq Starikov bildirib.

Onun sözlərinə görə, Rusiya və ABŞ Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxmasından sonra, Kiyev Rusiyaya adekvat cavab verməyə imkan verəcək kiçik mənzilli silahın hazırlamasına başlaya bilər. Hərbi ekspert bildirib ki, söhbət uçuş məsafəsi 500 kilometrdən 1000 kilometrə qədər olan hücum silahından gedir.

Oleq Starikov qeyd edib ki, Ukraynada hazırda belə silah yoxdur, amma bunun üçün elmi-texniki potensial və bütün lazımı resurslar var. O, raketlərin hazırlanması üçün “Yujmaş” zavodunun gücündən istifadə etməyi təklif edib.

Qeyd edək ki, Kiyevdə Moskvaya qədər çata biləcək və uçuş məsafəsi 1500 kilometr olan raketlərin, hətta nüvə silahının yaradılnması ehtiyacı dəfələrlə dilə gətirilib. NATO yanında Ukraynanın missiyasının keçmiş nümayəndəsi, general-mayor Pyotr Qaraşuk əvvəl bildirib ki, Kiyev şəxsi nüvə silahının yaradılması üçün intellektual, təşkilati və maliyyə imkanlarına malikdir.

Onun sözlərinə görə, Ukrayna yalnız atom bombaları deyil, həm də raketlər üçün nüvə döyüş başlıqlarını hazırlamağa qadirdir. General əlavə edib ki, hazırda raketlərin buraxılışı üzrə Dnepropetrovsk zavodununun dünyada analoqu yoxdur.

“Nə ABŞ, nə Rusiya, nə də Çin “Satana” kimi raketi buraxdı”, - Qaraşuk üçüncü nəsil sovet “R-36M” maye qitələrarası strateji ballistik raketi nəzərdə tutaraq qeyd edib.

Xatırladaq ki, 1994-cü il dekabrın 5-də Rusiya, Ukrayna, ABŞ və Böyük Britaniya Budapeşt memorandumunu imzalayıb. Sənədə əsasən, Kiyev təhlükəsizlik zəmanətləri qarşılığında nüvə silahlarınından imtina edərək onları Rusiyaya təhvil verib. Lakin Kiyev Krımın ilhaqı və Donbasa təcavüz edən Rusiyanın Budapeşt memorandumunu pozduğunu iddia edir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm