Lukaşenkodan KTMT açıqlaması
Bizi izləyin

MDB

Lukaşenkodan KTMT açıqlaması

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qeyri-sağlam vəziyyət yaranıb.

Publika.az “Sputnik Belarus” agentliyinə istinadən xəbər verir ki, bu haqda Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Dövlət başçısı nümunə olaraq, təşkilatın baş katibinin təyinatı haqqında məsələni göstərib.

“Hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qeyri-sağlam vəziyyət yaranıb. Ən azından adi bir məsələ götürün, birinci katibin təyinatı”, - Belarus lideri deyib.

Qeyd edək ki, Ermənistanın nümayəndəsi olan Yuri Xaçaturov ötən il vaxtından əvvəl vəzifəsindən azad edilib. Belarus və Qazaxıstan isə İrəvana Ermənistan nümayəndəsinin təyinatı məsələsində qarşı çıxdı, halbuki, təşkilata 2020-ci ilin əvvəlinə kimi Ermənistandan olan baş katib rəhbərlik etməli idi.

2018-ci ilin dekabrıbda Lukaşenko ölkənin Təhlükəsizlik Şurasının katibi Stanislav Zasın təşkilatın baş katibi postuna təyinatı haqqında qərarı layihəsini imzalayıb. Zasın artıq öz təyinatının uyğunlaşdırılması məqsədi ilə Qırğızıstan, Qazaxıstan, Tacikistana və Rusiyaya baş çəkib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm