• USD 1,7000 0,00% EUR 1,8816 0,00%
    • GBP 2,0788 0,00% RUB 0,0259 0,00%

Rusiyadan ABŞ-a SARSIDICI ZƏRBƏ: Əgər raketlər yerləşdirilsə...

  • MDB
  • 7 Mart 2019 09:40
  • 1 603 Baxış
Rusiyadan ABŞ-a SARSIDICI ZƏRBƏ: Əgər raketlər yerləşdirilsə...

“ABŞ qadağan edilmiş bölgələrə raket yerləşdirsə, buna cavabsız qalmayacağıq”.

Publika.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdulla ibn Zahid əl Nəhyan ilə görüşündən sonra mətbuat konfransında iştirak edən Lavrov ABŞ və Rusiya arasında imzalanan və bu il ləğv edilən “Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması”ndan danışıb. O bildirib ki, ABŞ müqavilədən geri çəkildikdən sonra da müqavilənin nəzərdə tutduğu qadağan edilmiş bölgələrə raket yerləşdirsə, Moskva buna cavab vermək haqqına sahibdir.

Nazir qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın razılaşmanın qaydalarını pozacağı təqdirdə, Rusiyanın da qadağan olunmuş bölgələrə raket yerləşdirməsini əmr edib.

Zümrüd

Xəbər lenti

DAHA ÇOX XƏBƏR