Rusiyada neftayırma zavodu yanır
Bizi izləyin

MDB

Rusiyada neftayırma zavodu yanır

“Rosneft”ə məxsus olan Xabarovsk diyarındakı Komsomolsk neftayırma zavodundan yanğın başlayıb.

Axar.az xəbər verir ki, Rusiya FHN-nin regional idarəsi yanğın haqqında yerli vaxtla saat 12:50-də (Bakı vaxtı ilə 06:50) məlumat daxil olduğunu bildirib.

Hazırda yanğının söndürülməsi üçün hadisə yerində 14 texnika və 50 yanğlnsöndürən çalışır.

Zərərçəkənlər barədə məlumat yoxdur.

Yanğının söndürülməsi üçün hadisə yerinə yanğınsöndürmə qatarı göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm