• USD 1,7000 0,00% EUR 1,8782 0,00%
    • GBP 2,2307 0,00% RUB 0,0275 0,00%
election

Azərbaycanın qonşuluğunda MÜHARİBƏ BAŞLAYIR: Rusiyadan "ikinci Ukrayna" XƏBƏRDARLIĞI

  • MDB
  • 19 Mart 2019 22:54
  • 2 799 Baxış
Azərbaycanın qonşuluğunda MÜHARİBƏ BAŞLAYIR: Rusiyadan "ikinci Ukrayna" XƏBƏRDARLIĞI

Nursultan Nazarbayevin istefasından sonra Qazaxıstanda təsir uğrunda maraqlı dövlətlər, həmçinin ABŞ və Çin arasında mübarizə başlana bilər.

Publika.azRİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski bildirib.

“Qazaxıstanın gələcəyi indi bir çox şeydə amerikalılardan asılıdır. Onlar bizə orada Ukraynadan sonra ikinci yaranı asanlıqla təşkil edə bilərlər. Qazaxıstanda onlar tərəfindən hazırlanmış çoxlu insan var. Qazaxıstanda Çin, Avropa, islamçılar və Özbəkistanın maraqları var. İndi klanlar təsir uğrunda müharibə başlaya bilər. Uyğurların, qaşqarların silahlandırılması başlanacaq”, - Jirinovski “Telegram-kanal”da yazıb.

O həmçinin Qazaxıstanı prezidentinin postundan gedişini “şərq hiyləsi” adlandırıb.

“Hərçənd Nazarbayev hələ sonuna kimi getməyib. Bu, şərq hiyləsidir: o onsuz da Milli Təhlükəsizlik Şurasına və hakim partiyaya başçılıq edəcək, istənilən baş naziri onun siqnalı ilə çıxardacaqlar, istənilən seçkiləri lazımı namizəd udacaq. Və yeni prezident onun qohumlarından kimsə olacaq, çoxları artıq əhəmiyyətli postları tuturlar”, - partiya lideri qeyd edib.

Qeyd edək ki, bu gün Nursultan Nazarbayev vəzifəsindən istefa verib.

“Prezident kimi öz səlahiyyətlərimdən imtina etmək qərarı qəbul etdim. Təhlükəsizlik Şurasının sədri olaraq çalışmağa davam edəcəyəm. Mən “Nur Otan” Partiyasının sədri və Konstitusiya Şurasının sədriyəm. Sizinlə olacam” - Nazarbayev yerli telekanallar vasitəsilə yayımlanan xalqa müraciətində deyib.

Nazarbayev demək olar ki, 29 ildir prezident postunu tuturdu. Prezidentin səlahiyyətlərini müvəqqəti olaraq Qazaxıstan Senatının spikeri Qasım-Jomart Tokayev icra edəcək. O, martın 20-də keçiriləcək andiçmə mərasimindən sonra yeni vəzifəsinin icrasına başlayacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR