• USD 1,7000 0,00% EUR 1,8722 -0,09%
    • GBP 2,2135 -0,28% RUB 0,0273 +1,10%
election

Lukaşenko Nazarbayevin istefasını qiymətləndirdi

  • MDB
  • 20 Mart 2019 04:46
  • 1 218 Baxış
Lukaşenko Nazarbayevin istefasını qiymətləndirdi

Belarus lideri Aleksandr Lukaşenko Qazaxıstan prezidenti Nursultan Nazarbayevin postunu tərk etmək barədə qərarıyla əlaqədar təəssüfünü ifadə edib.

Publika.az “Akord” nəşrinə istinadən xəbər verir ki, Lukaşenko bu haqda telefon söhbəti zamanı bildirib.

Məlumata görə, Nazarbayev Qazaxıstan və Belarus arasında yüksək münasibətlərin yarandığını qeyd edib. Siyasətçilər həmçinin, gələcəkdə müntəzəm əlaqələrin davam etdirilməsi haqqında razılaşıblar.

Qeyd edək ki, ötən gün Nursultan Nazarbayev vəzifəsindən istefa verib.

“Prezident kimi öz səlahiyyətlərimdən imtina etmək qərarı qəbul etdim. Təhlükəsizlik Şurasının sədri olaraq çalışmağa davam edəcəyəm. Mən “Nur Otan” Partiyasının sədri və Konstitusiya Şurasının sədriyəm. Sizinlə olacam” - Nazarbayev yerli telekanallar vasitəsilə yayımlanan xalqa müraciətində deyib.

Nazarbayev demək olar ki, 29 ildir prezident postunu tuturdu. Prezidentin səlahiyyətlərini müvəqqəti olaraq Qazaxıstan Senatının spikeri Qasım-Jomart Tokayev icra edəcək. O, martın 20-də keçiriləcək andiçmə mərasimindən sonra yeni vəzifəsinin icrasına başlayacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR