Ukraynada marixuana leqallaşır
Bizi izləyin

MDB

Ukraynada marixuana leqallaşır

Ukrayna Ali Radasının İnsan hüquqları üzrə komitəsi marixuananın leqallaşması haqqında xahişi dəstəkləyib.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, müraciət 25 mindən çox vətəndaşın səsini yığıb.

Müraciətdə marixuananın narkotik vasitələr və psixotrop maddələrin siyahısından çıxarlmasına ehtiyac olduğu göstərilmişdi.

Ukraynanın Səhiyyə Nazirliyinin başçısı Ulyana Suprun da xahişə dəstək verib. O qeyd edib ki, kannabis pasiyentlərin əziyyətlərini yüngülləşdirməyə və bir sıra ağır xəstəliklərlə mübarizəyə kömək edir.

“Müəyyən düzəlişlərlə tibdə onun istifadəsi normal dünya təcrübəsidir”, - nazir deyib.

Hal-hazırda Ukraynada kannabisin istənilən istifadəsi qadağandır. Bu təklifin müzakirəsi üçün işçi qrup yaradılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm