Moskvada FTX-nin generalı ölü tapıldı
Bizi izləyin

MDB

Moskvada FTX-nin generalı ölü tapıldı

Moskvada Federal Təhlükəsizlik Xidmətinin general-mayorunun cəsədi aşkarlanıb.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı TASS agentliyi yayıb. Məlumata görə, general-mayorun cəsədi onun mənzilində aşkarlanıb. Onun FTX-nin idarələrindən birinin rəhbəri olduğu bildirilib. Cəsədin üzərində heç bir zorakılıq əlaməti qeydə alınmayıb.

“Mash” Teleqram kanalı ölən şəxsin 59 yaşının olduğu haqqında məlumat yayıb. Onun həmçinin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 10-cu İdarəsində çalışdığı da bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm