Poroşenkonu stadiona çağıran şoumenə CAVAB
Bizi izləyin

MDB

Poroşenkonu stadiona çağıran şoumenə CAVAB

Prezident seçkilərinin ikinci turuna keçən şoumen Vladimir Zelenskinin Poroşenkonu Kiyev stadionunda debata çağırmasına cavab gəlib.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, Pyotr Poroşenko Blokunun deputatı Mariya İonova Prezident Poroşenkonun stadionda debat təklifini qəbul etməyəcəyini deyib.

“Poroşenko stadionda görüşməyəcək, o, telestudiyada, normal və peşəkar debata hazırdır. Zelenski ilə stadiona isə Pavelko (Ukrayna Futbol Federasiyasının prezidenti) gedə bilər və futbol oynayarlar”, - İonova deyib.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin ikinci turuna Zelenski və Poroşenko keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm