Zaxarovadan NATO-nun baş katibinə SƏRT CAVAB: Axmaq və yersiz...
Bizi izləyin

MDB

Zaxarovadan NATO-nun baş katibinə SƏRT CAVAB: Axmaq və yersiz...

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova NATO-nun baş katibi Yens Stoltenberqi axmaq adlandırıb.

Publika.az xəbər verir ki, Zaxarova hesab edir ki, baş katibin Adolf Hitler, İosif Stalini İŞİD terror təşkilatı ilə müqayisə etməsi axmaq və yersiz tarixi bağlantı yaratmaq cəhdidir.

Zaxarova bundan başqa, NATO-nun yaradılmasının 70-ci ildönümü münasibətilə öz “təbriklərini” çatdırıb: “NATO-ya daxili rahatlığa qovuşmaq, daha az əsəbiləşmək, fərdi fikirlərə və fobiyalara daha az qapılmağı təmənna edirəm”.

Qeyd edək ki, Stoltenberq bir açıqlamasında “Azadlığın düşmənləri var. Onları fikrindən daşındırmaq lazımdır. Əgər bunu bacara bilməsək, müharibəyə girəcəyik. Hitleri sülh tərəfdaşlarının etirazları ilə dayandırmaq mümkün deyildi. Stalini sözlə fikrindən daşındırmaq mümkün deyildi. İŞİD-i dialoq yolu ilə məğlub etmək mümkün olmazdı” ifadələrini işlətmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm