Poroşenko Zelenski ilə debatın tarixini təyin etdi
Bizi izləyin

MDB

Poroşenko Zelenski ilə debatın tarixini təyin etdi

Ukrayna prezidenti Pyotr Poroşenko prezident seçkilərinin ikinci turunda rəqibi Vladimir Zelenski ilə debatın tarixini təyin edib.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, Poroşenkonun sözlərinə görə, aprelin 14-də Zelenskini müzakirələr üçün gözləyəcək.

Debat üçün Kiyevdəki “Olimpiya” stadionu seçilib.

Qeyd edək ki, martın 31-də keçirilən seçkilərin birinci turunda Vladimir Zelenski və Pyotr Poroşenko ilk iki yeri tutaraq ikinci tura keçiblər. Seçkilərin ikinci turu aprelin 21-də keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm