Putin Trampla fikir ayrılıqlarından danışdı
Bizi izləyin

MDB

Putin Trampla fikir ayrılıqlarından danışdı

Rusiya prezidenti Vladimir Putin Amerika lideri Donald Trampla fikir ayrılıqlarından danışıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Putin “Arktika dialoq ərazisidir” forumun plenar iclasında çıxışı zamanı ABŞ prezidenti ilə fikir ayrılıqlarının olduğunu, amma Moskvanın dialoqa hazır olduğunu deyib.

“Bizdə onunla fikir ayrılıqları çoxdur. Onun administrasiyası dövründə Rusiyaya qarşı sanksiyaların böyük miqdarı daxil edilib. Biz əlbəttə, bununla razılaşmırıq və heç vaxt razılaşmayacağıq”, - Putin deyib.

Dövlət başçısı vurğulayıb ki, fikir ayrılıqları bəzi beynəlxalq problemlərin həlli yollarına aiddir. O, nümunə olaraq Suriya problemini göstərib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm