Putin tərcüməçini “quldur” adlandırdı
Bizi izləyin

MDB

Putin tərcüməçini “quldur” adlandırdı

Rusiya prezidenti Vladimir Putin İsveçin baş naziri Stefan Lövfen arasında görüşdə maraqlı hadisə baş verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Putin “dostlar” sözünü “partnyorlar” sözü ilə əvəz edən tərcüməçinin qərarına reaksiya verib.

“Mən “dostlar” dedim, amma o, “partnyorlar”. Quldur", - Putin yumorla bildirib.

Putin qeyd edib ki, iki ölkənin münasibətləri hansısa çətinliklərə baxmayaraq, inkişaf edir. Dövlət başçısının sözlərinə görə, ölkələr arasında əmtəə dövriyyəsi 2018-ci ildə 30 faiz artıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm