May-iyun aylarında ya ərazilər qaytarılacaq, ya da... – Prezidentdən SƏRT MESAJ
Bizi izləyin

MDB

May-iyun aylarında ya ərazilər qaytarılacaq, ya da... – Prezidentdən SƏRT MESAJ

Yenidən prezident seçiləcəyim halda, Donbasda sülhün əldə olunması üzrə şərtləri əldə edəcəyəm.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.

“Bu gün nümayiş etdirildi ki, Ukrayna və mən prezident kimi Avropa İttifaqı liderlərinin dəstəyinə malikik”, - Poroşenko Fransa prezidenti Emmanuel Makronla görüşdən sonra deyib.

Onun sözlərinə görə, aydın uyğunlaşdırılmış hərəkətlər ya Donbasda sülhə, ya da may-iyun aylarında Rusiyaya qarşı sanksiyaların güclənməsinə gətirib çıxaracaq.

“Rusiya bu tamamilə mənasız müharibəyə və tamamilə mənasız təcavüzə görə yüksək əvəz ödəyir. Buna görə də dərindən əminəm ki, biz Donbasda sülhün təmin olunmasına gətirib çıxaracaq şərtlərə nail olacağıq. Bu artıq yaxın vaxtlarda mümkün ola bilər”, - Poroşenko vurğulayıb.

Qeyd edək ki, Kiyev Rusiyanı Donbasa təcavüzdə və separatçılara birbaşa dəstək verməkdə ittiham edir. Ukrayan hesab edir ki, ölkənin şərqində Kiyevin nəzarətində olmayan ərazilərdə Rusiya ordusunun bölmələri və hərbi texnikası var.

Moskva isə Donbas münaqişəsində tərəf olmadığını iddia edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm