Vaşinqton DƏHŞƏTLİ MÜHARİBƏYƏ HAZIRLAŞIR: 2018-ci ilin oktyabrında... – ŞOK İDDİA
Bizi izləyin

MDB

Vaşinqton DƏHŞƏTLİ MÜHARİBƏYƏ HAZIRLAŞIR: 2018-ci ilin oktyabrında... – ŞOK İDDİA

Rusiya ABŞ-a nüvə müharibəsinin başlanmasına yol verilməməsi haqqında razılaşmanı bağlamağı təklif edirdi, ancaq təşəbbüs cavabsız qalıb.

Publika.az xəbər verir ki, bu haqda “Kommersant” nəşri bildirib.

Mənbələrin məlumatına görə, Moskva 2018-ci ilin oktyabrında müvafiq sənədin layihəsini ABŞ-a verib. Sənəddə xüsusi halda, qeyd edilirdi ki, nüvə müharibəsində qaliblər ola bilməz və o heç vaxt başlanmamalıdır.

Rusiya tərəfinin planlarına əsasən, ölkələr yüksək səviyyədə razılaşmanı qəbul etməli idi, çünki, dövlətlər hərbi qarşıdurmadan çəkinməyə və nüvə müharibəsinin başlanması imkanının istinasını qeyd etməyə məcburdur. Bundan başqa, sənəddə nüvə silahının təsadüfi və ya icazə olunmamış tətbiqinin qarşısının alınması üçün qəbul edə biləcək lazımi ölçülərin yazılması təklif edilirdi.

Qeyd edək ki, fevralın 2-də ABŞ Rusiyanı müqaviləni pozmaqda ittiham edib və müqavilədə iştirakı dayandırıb. Vaşinqtonun bəyanatına görə, Rusiya razılaşmanın icrasına qayıtmasa, müqavilədən çıxış prosesi altı ay sonra başa çatacaq. Moskva adekvat cavab verəcəyini bəyan edib.

Martın 5-də isə Rusiya prezidenti Vladimir Putin Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilənin icrasının dayandırılması barədə fərmanı imzalayıb.

Müqavilənin pozulmasının ABŞ və Rusiya arasında silahlanma yarışına səbəb olacağı bildirilir.

Xatırladaq ki, müqavilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanıb. Sənəd 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı nüvə raketlərinin istehsalını, həmçinin onların sınağını qadağan edirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm