Qazaxıstanda DƏHŞƏTLİ QƏZA: 11 ölü, 29 yaralı
Bizi izləyin

MDB

Qazaxıstanda DƏHŞƏTLİ QƏZA: 11 ölü, 29 yaralı

Qazaxıstanda sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb, 29 nəfər yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti informasiya yayıb.

Məlumata görə, səhər saatlarında Kordaysk rayonunda Almaatı-Daşkənd yolunun 181-ci kilometrində "Tayota Kəmri" (“Toyota Camry”) markalı minik avtomobili yol kənarında dayanan yük maşını ilə toqquşub. Bu zaman eyni marşrut üzrə hərəkət edən sərnişin avtobusu toqquşmadan qaçmağa çalışarkən açıb. Hərəkətdə olan sərnişin avtobusu qəzadan yayınmaq istəsə də, sürücü idarəetməni itirib və qəza baş verib.

Yaralanan 29 nəfərdən 7-nin Özbəkistan vətəndaşı olduğu bildirilib.

Xəsarət almış bütün Özbəkistan vətəndaşları Otrar və Korday xəstəxanalarına yerləşdirilib. Ölən şəxslər arasında Özbəkistan vətəndaşı olmadığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm