• USD 1,7000 0,00% EUR 1,8961 -0,04%
    • GBP 2,2069 +0,60% RUB 0,0267 +0,37%

Zelenski işdən çıxaracağı ilk adamı açıqladı

  • MDB
  • 22 Aprel 2019 01:25
  • 2 621 Baxış
Zelenski işdən çıxaracağı ilk adamı açıqladı

Ukraynada prezident seçkilərinin ikinci turunda “exit-poll”un nəticələrinə görə qalib gələn Vladimir Zelenski keçirdiyi mətbuat konfransında kadr islahatlarının anonsunu verib.

Publika.az xəbər verir ki, o Prezident Administrasiyasında kifayət qədər ixtisarlar aparacağını bəyan edib.

“Andiçmə mərasimindən sonra kadr siyasəti ilə bağlı qərarlar verəcəyəm. Öncə Ukraynanın Baş prokuroru Lutsenkonu vəzifəsindən uzaqlaşdıracağam. Lutsenko köhnə komandadır, yeni simalar gətiriləcək”, - deyə Zelenski əlavə edib.

Qeyd edək ki, ötən gün Ukraynada prezidentinin seçkilərinin ikinci turu keçirilib. Ukraynanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ilk nəticələrini açıqlayıb. İlkin nəticələrə görə, Vladimir Zelenski 70,82, hazırkı prezident Petro Poroşenko 26,82 faiz səs toplayıb.

Poroşenko artıq məğlubiyyətini etiraf edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR