Paytaxtda ATIŞMA: ata qumar borcuna görə öldürülən oğlunun qisasını aldı və... - YENİLƏNDİ (VİDEO)
Bizi izləyin

MDB

Paytaxtda ATIŞMA: ata qumar borcuna görə öldürülən oğlunun qisasını aldı və... - YENİLƏNDİ (VİDEO)

Rusiyanın paytaxtı Moskva şəhərində "Novıye Çeremuşki" metro stansiyasının yaxınlığında baş verən cinayət hadisəsinin təfərrüatları məlum olub.

Publika.az “Russia Today”a istinadən xəbər verir ki, “Novıye Çeremuşki” stansiyası yaxınlığında azərbaycanlıların iştirakı ilə baş verən atışma qisas zəmnində törədilib.

Məlumata görə, atəş açan 60 yaşlı Rəsul Abdullayevin oğlu bir müddət əvvəl qumar borcuna görə qətlə yetirilib. O da oğlunun qatili olduğunu iddia edən Vaqif Hümbətovu izləyib. Nəhayət, onu "Novıye Çeremuşki" (Новые Черемушки) metrostansiyasının çıxışında tutub və atəş açıb. Daha sonra isə əlindəki silahla özünü də vurub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

Moskvanın "Novıe Çeryomuşki" metrostansiyası yaxınlığında baş verən silahlı insidentin təfərrüatları məlum olub.

Publika.az "Report"a istinadən xəbər verir ki, ölənlərdən birinin cibindən "The Moscow Times" nəşrinin Azərbaycan əsilli jurnalisti Vaqif Hümbətova məxsus şəxsiyyət vəsiqəsinin çıxdığı bildirilir.

Lakin məlumat öz rəsmi təsdiqi tapmayıb. Belə ki, şəxsiyyət vəsiqəsinin saxta ola biləcəyi ehtimalı var. Çünki "The Moscow Times" qəzetinin redaksiyası əməkdaşlarının hamısının sağ olduğunu açıqlayıb.

İlkin məlumatlara görə, atəş açan Rəsul Abdullayev ad-soyadlı şəxsdir. Fərziyyəyə görə, o, həmyerlisinə atəş açıb, daha sonra isə özünü öldürüb.

Ehtimal edilir ki, hadisə qisas və qan düşmənçiliyi zəminində olub.

Faktla bağlı cinayət işi açılıb.

***

Moskvada "Novi Çeremuşki” metrostansiyası yaxınlığında atışma baş verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb.

Polisdəki mənbə bir nəfərin atəş açıb başqasını vurduğunu, sonra isə intihar etdiyini bildirib. Hadisə yerində müstəntiqlər və kriminalistlər işləyirlər

Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm