Rusiya senatoru: Trampın bəyanatı boş ritorikadır
Bizi izləyin

MDB

Rusiya senatoru: Trampın bəyanatı boş ritorikadır

Nüvə silahından imtina barədə ABŞ prezidenti Donald Trampın bəyanatı boş ritorikadır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov deyib.

Onun fikrincə, bu təklifin icrası mümkün deyil və nüvə dövlətlərindən heç biri belə addıma getməyəcək, çünki nüvə silahının olmaması Amerika ordusuna üstünlük verəcək.

“Nüvə silahı ilə vidalaşma haqqında Trampın ideyası çox gözəldir. Amma bunun icrası mümkün deyil. Bununla nə Çin, nə İsrail, nə Hindistan, nə Pakistan, nə də Koreya Xalq Demokratik Respublikası razılaşacaq. Nüvə silahsızlaşması ABŞ-a yüksək dəqiqlikli və çox güclü adi silahlarda böyük üstünlük verərdi. Bu, boş ritorikadır”, - Rusiya senatoru vurğulayıb.

Daha əvvəl Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib ki, ABŞ, Rusiya və Çin nüvə silahından imtina etməlidir.

“Biz nüvə silahından qurtulmaq istəyirik, biz hamımız buna məcburuq. Rusiya ondan qurtulmalıdır, Çin ondan qurtulmalıdır”, - Tramp deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm