Zelenskinin komandası Donbas münaqişəsinin həlli yolunu göstərdi
Bizi izləyin

MDB

Zelenskinin komandası Donbas münaqişəsinin həlli yolunu göstərdi

Ukraynada prezident seçkilərinin qalibi Vladimir Zelenskinin qərargahının sözçüsü Dmitri Razumkov “112 Ukrayna” telekanalının efirində Donbas münaqişəsinin sülh yolu ilə həllinin variantlarını şərh edib.

Publika.az-ın məlumatına görə, o qeyd edib ki, sülh Rusiyayla razılıq əldə ediləcəyi halda gələ bilər, ancaq bu variant Ukrayna üçün qəbuledilməzdir.

“Əgər Rusiyada səslənən prinsip və təkliflər üzrə hərəkət etsək, onda sülh mümkün olardı, amma düşünürəm ki, belə yol ölkənin hər bir vətənpərvəri üçün qəbuledilməzdir”, - siyasətçi deyib.

Razumkov vurğulayıb ki, sülh Ukraynanın şərtlərində gəlməlidir. Həmçinin o təəssüfü ifadə edib ki, müharibənin təcili dayandırılması üçün metod mövcud deyil.

Bundan başqa, Razumkov bildirib ki, Donbas sakinləri tərəfindən Rusiya pasportlarının sadələşdirilmiş alınması haqqında fərman Ukraynayla bağlı təcavüzkar hərəkətlərin Rusiya tərəfindən etirafıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm