Rusiyanın qonşu dövləti parçalamaq məqsədi... - ŞƏRH
Bizi izləyin

MDB

Rusiyanın qonşu dövləti parçalamaq məqsədi... - ŞƏRH

Rusiya prezident Vladimir Putinin Ukraynanın keçmiş prezidenti Petro Poroşenkodan xoşu gəlməsə ona o qədər ilişmirdi. Putin son günlərdə Ukraynanın yeni seçilən və hələ heç andiçməsi olmayan yeni prezidenti Vladimir Zeneskiyə hər gün söz və atmaca atır, bəzən jurnalistləri yanına çağırır, növbəti mesajını Kiyevə yollayır. Öz növbəsində Zelenski də bu atmacaları cavabsız qoymur, sonuncu dəfə istirahət etdiyi Bodrumdan göndərdiyi mesajı beləydi ki, Ukrayna Rusiyadan demokratik ölkədir, azad seçki var, insanlar Rusiyadakından fərqli olaraq fikirlərini azad ifadə etdiklərinə görə həbsə atılmırlar. Putin bunu cavasız qoymadı və ənənəvi acı yumorundan da qalmadı: “Ukraynada bu qədər azadlıq və demokratiya varsa, Zelenskiyə təklif edirəm ki, gürcü və eyni zamanda ukraynalı olan Mixail Saakaşvilini ölkəsinə buraxsın”.

Publika.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, Putinin nə demək istədiyi aydındır:

"Petro Poroşenko Saakaşvilinn Ukraynadan deportasiya etdi. Yeni prezident Zelenski seçkidən əvvəl Saakaşvili haqqında müsbət fikir söyləsə də, keçmiş Odessa qubernatorunun Ukraynaya qayıtması ilə bağlı hələ konkret fikri yoxdur. Yəni, Putin demək istəyir ki, sən o qədər demokratsansa, Saakaşvilini Ukrayna girişinə razılıq ver. Beləliklə, Putin ilk gündən Zelenskinin gözünün odunu almaq istəyir. Hətta səfər etdiyi Çində keçirilən mətbuat konfransında “Bir kəmər, bir yol” layihəsindən çox Ukraynadan və Zelenskidən danışdı. Ancaq bir məsələdə Putinin o qədər də haqsız olmadığını söyləmək məcburiyyətindəyəm. Bəli, Putinin Donbas və istənilən Ukrayna vətəndaşına Rusiya vətəndaşlığını və pasportunu vermək təşəbbüsü qonşu dövləti parçalamaq məqsədi daşıyır. Ancaq Putinin “Avropanın bu məsələ ilə bağlı tənqidinə münasibətiniz necədir” sualına verdiyi cavab maraqlıdır: “Avropa niyə etiraz edir ki? Polşa və Macarıstanda Ukrayna vətəndaşlarının bir qisminə öz pasportlarını verir”.

Politoloq hesab edir ki, Putin bu məsələdə haqlıdır:

"Ukraynanı yalnız Kreml parçalamır. Macarıstan Ukraynanın Zaporojyedə yaşayan macar azlığa pasportlarını paylayır. Kiyevə necə dəfə Budapeştə etiraz etsə də, nəticəsi olmayıb. Rumıniyanın da oxşar təşəbbüsləri var".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm