• USD 1,7000 0,00% EUR 1,8782 -0,34%
    • GBP 2,2307 -0,05% RUB 0,0275 0,00%
election

Poroşenkodan rus dilinə zərbə: Mənim üçün böyük qürurdur ki...

  • MDB
  • 30 Aprel 2019 02:45
  • 592 Baxış
Poroşenkodan rus dilinə zərbə: Mənim üçün böyük qürurdur ki...

Ukrayna prezidenti Petro Poroşenko Ali Radada qəbul edilmiş Ukrayna dilinin xüsusi istifadəsi haqqında qanunu imzalayacağını açıqlayıb.

Publika.az xəbər verir ki, dövlət başçısının mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısı bu haqda Lvov vilayətinə səfərinin gedişatında bildirib.

“Mənim üçün böyük qürurdur ki, Ukrayna dili haqqında qanunda Andrey Parubiy və (Ali Radanın sədri red.) və Petro Poroşenkonun imzası olacaq”, - o deyib.

O vurğulayıb ki, bu qanun ölkədə mövcud olan başqa qanunlara qarşı yönəlməyib, Ukrayna dilinin müdafiəsinə yönəlib.

Xatırladaq ki, aprelin 25-də Ukrayna parlamenti dövlət hakimiyyəti orqanları, təhsil müəssisələri və ölkə xəstəxanalarında Ukrayna dilinin məcburi istifadəsi haqqında qanunu qəbul edib. Qanun dilin tətbiq edilməsinin məcburiliyini yalnız şəxsi ünsiyyət və dini ritualların icrasında istisna edib.

Ekspertlər isə hesab edirlər ki, yeni qanun rus dilinin sıradan çıxarılmasına xidmət edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR