Moskva ABŞ-a qarşı ittifaq yaradır - RƏSMİ
Bizi izləyin

MDB

Moskva ABŞ-a qarşı ittifaq yaradır - RƏSMİ

Moskva BMT nizamnaməsinə hörmət edən ölkələrin səylərini ABŞ-ın Venesuela üzrə planlarına mane olmaq üçün səfərbər edir.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, belə qrup artıq BMT-də formalaşdırılır.

“Mən ümid edirəm ki, qrup təşkilatda ciddi dəstək alacaq”, - nazir deyib.

Lavrov qeyd edib ki, söhbət beynəlxalq hüququn əsas prinsiplərin və normaların müdafiəsindən gedir.

Daha əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, Vaşinqton Venesuelada hərbi əməliyyata başlaya bilər.

Qeyd edək ki, Venesuelada vəziyyət yanvarın 23-də müxalifət lideri Xuan Quaydonun özünü müvəqqəti prezident elan etməsi ilə kəskinləşib. Onun legitimliyini ABŞ, bir sıra Avropa və Latın Amerikası ölkələri dəstəkləyib.

Prezidenti Nikolas Maduronu Rusiya, Türkiyə və İran dəstəkləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm