• USD 1,7000 0,00% EUR 2,0237 0,00%
    • GBP 2,3347 0,00% RUB 0,0221 0,00%

Qazaxıstanda prezident seçkilərinə dörd namizəd qeydə alındı

  • MDB
  • 6 May 2019 02:40
  • 540 Baxış
Qazaxıstanda prezident seçkilərinə dörd namizəd qeydə alındı

Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) hazırda prezident vəzifəsini icra edən Kasım-Jomart Tokayevi ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərinə ilk namizəd kimi qeydə alıb.

Publika.az xəbər verir ki, MSK bu günə artıq dörd namizədin - Kasım-Jomart Tokayev, Amangeldi Taspixov, Sədibek Tugel və ilk qadın namizəd Daniya Yespayevanı növbədənkənar prezident seçkilərində iştirakını qeydə alıb.

Namizədlərdən Jumatay Əliyev seçkilərdə iştirak etmək üçün sənədlərini MSK-ya təqdim etsə də, ana dili imtahanından keçə bilməyib.

Qazaxıstanda növbədənkənar prezident seçkiləri bu ilin iyunun 9-da keçiriləcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR