"SSJ-100" qəzasının əsas versiyası məlum oldu
Bizi izləyin

MDB

"SSJ-100" qəzasının əsas versiyası məlum oldu

Pilotların səhvi “Sukhoi Superjet 100” (SSJ-100) təyyarəsinin qəzası ilə bağlı istintaq işində üstün versiyadır.

Publika.az xəbər verir ki, bu haqda “Kommersant” nəşri Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkodan sitat gətirib.

Onun sözlərinə görə, laynerin enməsi zamanı pilotların hərəkətləri ilə bağlı şübhələr var. Bundan başqa, yerüstü xidmətlər öz işini necə yerinə yetirdiyi araşdırılır. Nəşrin məlumatına görə, onlar mümkündür ki, aeroportda fövqəladə hadisə haqqında xəbərlərə operativ reaksiya verməyiblər.

Mayın 6-da İstintaq Komitəsi laynerin qəzasının əsas versiyası olaraq pilotlar və ya dispetçerlərin səhvi, əlverişsiz meteoroloji şərtləri və hava gəmisinin nasazlığını göstərirdilər. Həmçinin qeyd edilirdi ki, “SSJ-100” sərnişinlərinin əksəriyyətinin ölüm səbəbi yanma məhsulları ilə zəhərlənmə olub.

Mayın 6-da Moskva-Murmans reysini həyata keçirən təyyarə "Şeremetyevo" hava limanına qayıtmağa məcbur olub. Qəza enişi zamanı təyyarə yanmağa başlayıb. Gəminin komandiri və ekipajın başqa üzvlərinin sözlərinə görə, təyyarəni ildırım vurub, sonra əlaqə ilə bağlı problemlər yaranıb və avtomatika sıradan çıxıb.

İstintaq Komitəsinin məlumatına görə, aviaqəza nəticəsində ekipajın bir üzvü olmaqla 41 insan həlak olub, ekipajın dörd üzvü daxil olmaqla 37-si sağ qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm