Ukraynadan Rusiyaya qarşı SƏRT QƏRAR
Bizi izləyin

MDB

Ukraynadan Rusiyaya qarşı SƏRT QƏRAR

Ukrayna hökuməti Rusiyaya qarşı iqtisadi sanksiyaları genişləndirib.

Publika.az xəbər verir ki, rəsmi Kiyev Rusiyadan idxal olunan bəzi məhsullara qarşı yeni sanksiya tətbiq edib.

Baş nazirin müavini, İqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv verdiyi açıqlamada Nazirlər Kabineti toplantısında Ukraynaya idxal edilməsi qadağan olunan Rusiya istehsalı məhsulların siyahısında dəyişiklik edilməsi qərarının təsdiq olunduğunu bildirib. “Rusiyadan mineral gübrə, təsərrüfat məhsulları, nəqliyyat vasitələri və bəzi digər məhsulların müxtəlif növlərinə sanksiya tətbiq olunacaq” -, nazir açıqlayıb.

Ukraynanın Baş naziri Vladimir Qroysman isə açıqlamasında qeyd edib ki, yeni sanksiyalar Ukraynada istehsal edilə biləcək və ya alternativ yollarla təmin oluna biləcək məhsulları əhatə edəcək.

Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqindəki böhran səbəbilə Kiyev 2014-cü ildən bəri Moskvaya qarşı müxtəlif iqtisadi məhdudiyyətlər qoyur. Bu məhdudiyyətlər arasında Rusiyadan birbaşa təbii qazın idxalı, bankların fəaliyyətinin qadağan olunması və iki ölkə arasında hava məkanı vasitəsilə gediş-gəlişin dayandırılması var.

Rusiya isə öz növbəsində 1 noyabr 2018-ci ildən bəri 322 Ukrayna vətəndaşına və 68 şirkətə sanksiya tətbiq edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm