• USD 1,7000 0,00% EUR 1,9143 +0,64%
    • GBP 2,1553 +0,95% RUB 0,0267 +0,75%

Putin Zelenskini təbrik edəcək? - Peskovdan açıqlama

  • MDB
  • 20 May 2019 17:11
Putin Zelenskini təbrik edəcək? - Peskovdan açıqlama

"Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenskini təbrik etməyəcək".

Publika.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov deyib.

“İnterfax”ın məlumatına görə, hazırda Rusiya ilə Ukrayna arasında yüksək səviyyədə hər hansı təmaslar gündəmdə deyil.

“Prezident Putin dövlət başçısı Zelenskini Ukraynanın şərqində daxili münaqişəni həll etməklə bağlı ilk uğurlar qazandıqda, eləcə də Ukrayna ilə Rusiya arasındakı münasibətlərin yoluna qoyulmasındakı ilk nəticələr qazandığında təbrik edəcək”, – Kreml rəsmisi vurğulayıb.

Qeyd edək ki, Vladimir Zelenski bu gün andiçmə mərasimi keçirib və rəsmi şəkildə prezident səlahiyyətlərinin icrasına başlayıb. O, prezident kimi ilk çıxışında bildirib ki, qarşısında duran ilkin öhdəlik Donbasda atəşkəsə nail olmaqdır.

Zümrüd

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR