Ukrayna hökuməti istefaya getdi
Bizi izləyin

MDB

Ukrayna hökuməti istefaya getdi

Ukraynanın Baş naziri Vladimir Qroysman hökumətin istefa verdiyini açıqlayıb.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, Qroysamn bu barədə bu gün keçirdiyi brifinqdə açıqlama verib.

Qroysman Ali Radaya seçkilərdə namizəd olacağını qeyd edib.

“Gələcəkdə daha böyük işlər görəcəyimizə əminəm. Yeni parlamentdə silahdaşlarımızla birgə peşəkar komanda yaradıb dövlətə xidmət edəcəyik”, - Qroysman diqqətə çatdırıb.

Onun sözlərinə görə, Ukrayna hökumətində yeni sima olmalıdır.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski mayın 20-də keçirdiyi andiçmə mərasimində Baş naziri vəzifəsindən istefa verməyə çağırmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm