Zelenskinin ABŞ-dan ŞOK İSTƏYİ: Rusiyaya qarşı...
Bizi izləyin

MDB

Zelenskinin ABŞ-dan ŞOK İSTƏYİ: Rusiyaya qarşı...

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ı Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda dövlət başçısı mətbuat xidmətinin məlumatında deyilir.

“Biz Donbasda və Krımda Rusiya təcavüzünün öhdəsindən təklikdə gələ bilməyəcəyik. Buna görə də bizə sizin köməyiniz lazımdır. Sizi çağırmaq istəyirdik ki, ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam etsin”, - prezident bildirib.

Zelenski qeyd edib ki, Vaşinqton Rusiya təcavüzünün öhdəsindən gəlmək üçün Kiyevin əsas partnyoru olaraq qalır.

Qeyd edək ki, bu gün Zelenskinin andiçmə mərasimi keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm