Ukrayna Rusiya ilə münaqişəyə görə 30 milyard itirdi - Keçmiş nazir
Bizi izləyin

MDB

Ukrayna Rusiya ilə münaqişəyə görə 30 milyard itirdi - Keçmiş nazir

Ukrayna Rusiya ilə münaqişəyə görə böyük iqtisadi zərərə məruz qalıb.

Publika.az xəbər verir ki, bu haqda Ukraynanın keçmiş nəqliyyat naziri Yevgeni Çervonenko “112 Ukrayna” telekanalının efirində bildirib.

Çervonenko qeyd edib ki, Kiyev 2014-cü ildə Çindən Avropaya hərəkət edəcək qatarı ölkə ərazisi üzrə buraxmağa hazır idi, ancaq hakimiyyət dəyişikliyindən sonra layihədən imtina etdilər. Onun sözlərinə görə, belə əməkdaşlıq Ukraynaya 30 milyard dollara qədər gəlir gətirə bilərdi.

Keçmiş nazir qeyd edib ki, indi bu sxem üzrə Belarus işləyir və həftədə 75 qatar buraxır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm