
Vyanada beynəlxalq təşkilatlar yanında Rusiyanın daimi nümayəndəliyi qadağan edilmiş nüvə sınaqlarının keçirilməsi ilə bağlı ABŞ-ın ittihamlarını şərh edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, daimi nümayəndə Mixail Ulyanov ABŞ-n ittihamlarını “ədəbsizlik” adlandırıb.
“Əgər yüzfaizli əminlik və təkzibedilməz sübut yoxdursa, belə ittihamları irəli sürmək sadəcə ədəbsizlikdir”, - diplomat deyib.
Daha əvvəl Pentaqonun kəşfiyyat idarəsinin başçısı Robert Eşli beynəlxalq müqavilələrlə qadağan edilmiş nüvə sınaqlarının keçirilməsində Rusiyadan şübhələndiklərini deyib.