Rusiyaya qarşı yeni zərbə: Kiyevdən AÇIQLAMA
Bizi izləyin

MDB

Rusiyaya qarşı yeni zərbə: Kiyevdən AÇIQLAMA

Ukraynanın müvəqqəti işğal edilmiş ərazilər və daxilən yerini dəyişmiş şəxslərin məsələləri üzrə nazirlik Krımda aparılan arxeoloji qazıntılara görə Rusiyaya qarşı sanksiyalar hazırlayıb.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda idarənin saytında bildirilir.

Məhdudlaşdırıcı ölçülərin 28 elmi müəssisə və muzeyə qarşı tətbiqi planlaşdırır. İdarədən bildiriblər ki, Rusiya 2014-2018-ci illərdə qazıntıların aparılmasına 90-dan çox icazə verib.

Sanksiyaların tətbiqi haqqında layihə uyğunlaşdırılması üçün müvafiq dövlət hakimiyyəti orqanlarına göndərilib. Layihə bundan sonra hökumətin müzakirəsinə veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm