Putinin bu qərarından sonra müharibəni uduzduq - ŞOK ETİRAF (FOTO/VİDEO)
Bizi izləyin

MDB

Putinin bu qərarından sonra müharibəni uduzduq - ŞOK ETİRAF (FOTO/VİDEO)

Donetsk və Luqansk “xalq respublikaları”nın sakinlərinə Rusiya pasportlarının verilməsi ilə bağlı Moskvanın qərarından sonra Ukrayna Donbas üçün döyüşü uduzdu.

Publika.az xəbər verir ki, bu sözləri “NewsOne” telekanalının efirində Ukrayna Ali Radasının üzvü Nadejda Savçenko söyləyib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Donbas sakinlərinə Rusiya pasportunun verilişi qaydalarının sadələşdirilməsi barədə aprelin 24-də fərman imzalayıb. Putin fərmanın xüsusi humanitar xarakteri daşıdığını və Ukrayna hakimiyyəti üçün problemlərin yaradılmasını hədəfləmədiyini deyib. Sonra Putin bildirib ki, bütün ukraynalılar üçün Rusiya vətəndaşlığının verilməsinin sadələşdirilməsi imkanına baxır.

Lakin, Kiyev Moskvanın bu qərarını Donbasa müdaxilənin etirafı adlandırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm