İyunun 14-də mənzillərin açıq hərracı keçiriləcək - ŞOK QİYMƏT
Bizi izləyin

MDB

İyunun 14-də mənzillərin açıq hərracı keçiriləcək - ŞOK QİYMƏT

Estoniyanın Koxtla-Yarve şəhərində iyunun 14-də mənzillərin açıq hərracı keçiriləcək.

Publika.az xəbər verir ki, bu haqda “Postimees” onlayn-nəşri bildirib.

Hərraca 50 avro start qiyməti ilə müxtəlif rayonlarda 39 mənzil qoyulub. Onlardan 22 boşdur, 17-də isə kirayəçilər yaşayırlar.

Nəşrin yazdığına görə, söhbət sahibləri ölən mənzillərdən gedir. Ölən şəxslərin ya varisləri yoxdur, ya da varislər onlara çatan mülklə maraqlanmırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm