Putin dünyanın gözlədiyi qərarı AÇIQLADI: "Geri çəkilirik"
Bizi izləyin

MDB

Putin dünyanın gözlədiyi qərarı AÇIQLADI: "Geri çəkilirik"

Rusiya 2021-ci ildə başa çatacaq Strateji Silahların Azaldılması Razılaşmasından (START) imtina edir.

Publika.az Fransanın AFP agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin açıqlama verib.

Sankt-Peterbuqrda keçirilən Beynəlxalq İqtisadi Forumda (SPIEF 2019) çıxış edən prezident bildirib ki, razılaşmadan çəkilmək üçün hazırlıqlar aparılır.

“ABŞ-ın raketlərlə bağlı razılaşmadan çəkilməsi qlobal təhlükəsizliyi sual altında qoyur. Beynəlxalq silah nəzarəti sisteminin çökməsi məsələsində ciddi risk mövcuddur”-, Putin bildirib.

Qeyd edək ki, START 8 aprel 2010-cu ildə prezident Dmitri Medvedev ilə amerikalı həmkarı Barak Obama arasında imzalanmışdı.

ABŞ Konqresi prezident Donald Trampa ünvanladığı yazılı məktubda razılaşmanın müddətinin uzaldılmasını tələb etmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm