Rusiya ABŞ üçün sürpriz hazırlayır - Bütün Avropanı yox edə biləcək silahlarını...
Bizi izləyin

MDB

Rusiya ABŞ üçün sürpriz hazırlayır - Bütün Avropanı yox edə biləcək silahlarını...

Müasirləşdirilən uzunmənzilli, nüvə potensiallı “Tu-22M3M” bombardman təyyarəsi ABŞ donanması üçün sürpriz olacaq.

Publika.az xəbər verir ki, bunu rusiyalı hərbi mütəxəssis Yuri Knutov deyib.

“Russia Today” (RT) telekanalına müsahibə verən mütəxəssis qeyd edib ki, yaxın gələcəkdə “Tu-22M3M”in istifadə olunduğu coğrafiya Rusiya Müdafiə Nazirliyinin hava bazalarını müasirləşdirmək proqramı sayəsində genişləyəcək.

2018-ci ilin sonunda Krımdakı Belbek hava bazasında yeni uçuş zolağı inşa edildiyini xatırladan Knutov bildirib ki, “Tu-22M3M”lərin Krıma yerləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.

“ABŞ-ın təyyarədaşıyan gəmiləri daim Qara dəniz hövzəsinə daxil olur. Əgər gərginlik artarsa, bombardman təyyarələrinin Krıma yerləşdirilməsi ABŞ donanması üçün sürpriz olacaq”.

“Tu-22M3M” təyyarələri Krıma yerləşdirilərsə, Avropanın istənilən nöqtəsindəki havadan və raketdən müdafiə sistemlərini məhv edə bilər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm