• USD 1,7000 0,00% EUR 2,0259 0,00%
    • GBP 2,3667 0,00% RUB 0,0235 0,00%

Kafedə kütləvi zəhərlənmə - Toyuq sendviçi 41 nəfəri zəhərlədi

  • MDB
  • 7 İyun 2019 16:14
  • 609 Baxış
Kafedə kütləvi zəhərlənmə - Toyuq sendviçi 41 nəfəri zəhərlədi

Daşkənddə kafelərin birində kütləvi zəhərlənmə baş verib.

Trend-in məlumatına görə, Özbəkistanın Səhiyyə Nazirliyi zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edənlərin sayı 41 nəfərə çatıb.

Məlumata görə, müraciət edənlərdə ürəkbulanma, baş ağrıları, qarın nahiyəsində ağrılar olub. Müraciət edənlərin hamısına "qida zəhərlənməsi" diaqnozu qoyulub.

3 nəfərin vəziyyəti ağır qiymətləndirilib.

Həmin şəxslərin kafedə toyuq sendviçi yedikləri və bu qidadan zəhərləndikləri ehtimal edilir.

Müəssisənin fəaliyyəti laborator təhlil və araşdırma üçün dayandırılıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR