Qazaxıstanda növbədənkənar prezident seçkisi keçirilir - FOTO - YENİLƏNDİ
Bizi izləyin

MDB

Qazaxıstanda növbədənkənar prezident seçkisi keçirilir - FOTO - YENİLƏNDİ

Bu gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir.

Publika.az xəbər verir ki, artıq səsvermə prosesi başlayıb. Ölkənin keçmiş prezidenti Nursultan Nazarbayev də seçki məntəqəsinə gələrək səs verib.

Qeyd edk ki, seçkilərdə 7 namizəd K.Tokayev, A.Taspixov, S.Tuqel, T.Raximbekov, J.Axmetbekov, A.Kosanov və ilk qadın namizəd D.Yespayeva iştirak edir.

****

02:55

Bu gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Publika.az xəbər verir ki, səsvermə yerli vaxtla saat 7:00-da başlayacaq və saat 20:00-dək davam edəcək. Seçicilər ölkə ərazisində və onun hüdudlarından kənarda yaradılmış 9968 seçki məntəqəsində səs verəcəklər.

Nursultan Nazarbayevin istefasından sonra müvəqqəti dövlət başçısı təyin edilmiş Kasım-Jomart Tokayevin də aralarında olduğu yeddi namizəd seçkilərdə mübarizə aparacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm