Ukrayna ordusu Donetskə yaxınlaşdı
Bizi izləyin

MDB

Ukrayna ordusu Donetskə yaxınlaşdı

Ukraynanın silahlı qüvvələri Marinkada – Donetsk şəhərinin təxminən 25 kilometrliyində yeni mövqeləri tutub.

Publika.az xəbər verir ki, bu haqda “Ordu FM” radiostansiyasının efirində Ukrayna ordusunun 24-cü ayrı mexanikləşdirilmiş briqadasının rəsmi nümayəndəsi Nazar İlniskiy bildirib.

Onun sözlərinə görə, kəşfiyyatçılar taktiki vəziyyəti yaxşılaşdırmaq üçün “boz zona”nı tutublar. İlniskiy qeyd edib ki, plan briqada rəhbərliyi tərəfindən ən yüksək komandanlıqla işlənilirdi.

Qeyd edək ki, Ukrayna ordusu və rusiyayönlü qüvvələr arasında Donetsk və Luqansk vilayətlərində silahlı konflikt 2014-cü ilin aprelində başlanıb. 2014-cü aprelin 14-dən hökumət gücləri Donbasda terrorçuluğa qarşı əməliyyatı keçirirdi. 2018-ci il aprelin 30-da anti-terror əməliyyatı rəsmən başa çatıb, onun əvəzinə Donbasın reinteqrasiyası haqqında qanuna uyğun olaraq, Birləşmiş güclərin əməliyyatı başlanıb.

Donetsk və Luqansk vilayətlərinin bir hissəsi hazırda rusmeylli separatçılar tərəfindən nəzarət altındadır. Kiyev işğal prosesində Rusiyanın nizami qoşununun iştirak etdiyini və hazırda burada Rusiya hərbçilərinin olduğunu iddia edir. Moskva isə münaqişə tərəfi olmadığını, münaqişənin Ukraynanın daxili işi olduğunu bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm