Rusiya belə İFLİC EDİLƏCƏK - Moskva KİV-in xəbərini təsdiqlədi
Bizi izləyin

MDB

Rusiya belə İFLİC EDİLƏCƏK - Moskva KİV-in xəbərini təsdiqlədi

Amerikanın xüsusi xidmət orqanları Rusiya infrastrukturunun idarə sistemlərinə kiberhücumlar həyata keçirməyə çalışır.

Publika.az xəbər verir ki, bu haqda güc idarələrindən birinin rəhbərliyindəki mənbə “RİA-Novosti” agentliyinə bildirib.

Mənbə bununla da ABŞ xüsusi xidmət orqanlarının Rusiyaya kiberhücumlar haqqında “New York Times” nəşrinin xəbərini şərh edib. Onun sözlərinə görə, son illərdə xarici xüsusi xidmət orqanlarının nəqliyyat, bank və energetika sferalarına kiberhücumlarında artan fəallıq müşahidə edilir.

“Ancaq biz bu hərəkətləri neytrallaşdırmağa müvəffəq oluruq”, - o əlavə edib.

Daha əvvəl Amerika hökumətindəki mənbələrə istinadən “The New York Times” qəzetinin yazdığına görə, Amerika xüsusi xidmət orqanları Rusiyanın energetika sistemlərinə zərərverici proqram təminatını tətbiq etmək cəhdlərini gücləndirib. Məlumata görə, zərərverici proqram Vaşinqton və Moskva arasında ciddi münaqişənin başlanması halında istənilən vaxt kiberhücumu təşkil etməyə imkan verəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm