Zelenski Moskvanın tələbini rədd etdi
Bizi izləyin

MDB

Zelenski Moskvanın tələbini rədd etdi

Kiyev Donetsk və Luqanskla birbaşa dialoqa hazır deyil, yalnız Minsk formatında danışıqlara və atəşin dayandırılmasına razıdır.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Fransa prezidenti Emmanuel Makronla görüşün nəticəsinə görə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

“Biz separatçılarla birbaşa dialoqa hazır deyilik. Biz Minsk formatında hərəkət etməyə, münasibətləri davam etdirməyə, atəşi dayandırmağa hazırıq”, - Zelenski Parisdə mətbuat konfransında deyib.

Zelenski qeyd edib ki, Minsk formatında danışıqlarla yanaşı, “Normandiya formatı”nda (Ukrayna, Rusiya, Almaniya, Fransa) danışıqlar yenilənəcək.

Qeyd edək ki, Rusiya Donbas münaqişəsini həlli üçün Kiyevin Ukraynanın şərqindı yaradılan "xalq respublikaları" ilə birbaşa danışıqlar aparmasını tələb edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm