"İran S-400 alsa..." - Rusiyadan SENSASİON ABŞ AÇIQLAMASI
Bizi izləyin

MDB

"İran S-400 alsa..." - Rusiyadan SENSASİON ABŞ AÇIQLAMASI

İran S-400 hava hücumundan müdafiə kompleksləri almaq haqqında düşünməlidir.

Publik.az xəbər verir ki, bunu Rusiya Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksandr Şerin deyib.

“Sputnik”ə ABŞ-ın Yaxın Şərqə “Patriot” kompleksləri göndərməsi ilə bağlı münasibətini açıqlayan sədr müavini bildirib ki, bu sistemlər, əksərən, müdafiə olunan, hava məkanını bağlamağa çalışan ölkə tərəfindən istifadə olunur: “Lakin ABŞ bunu bacarıqlarını, potensialını göstərmək və hərbi münaqişəni qığılcımlandırmaq üçün istifadə edir. Buna görə də İran S-400 almaq haqqında fikirləşməlidir. İran tamamilə müdafiədə olacaq”.

Şerin qeyd edib ki, S-400 almaq niyyətində olduqlarına dair verilən bir siqnal belə İranın müdafiə olunmasına kifayət edəcək.

Qeyd edək ki, ABŞ bölgədəki qüvvələrinə İrandan gələ biləcək təhlükələrə qarşı Hörmüz boğazına "Patriot" hava hücumundan müdafiə kompleksi göndərib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm