Qorxunc təyyarə qəzası: 2 ölü, 22 yaralı - FOTO/VİDEO (YENİLƏNDİ)
Bizi izləyin

MDB

Qorxunc təyyarə qəzası: 2 ölü, 22 yaralı - FOTO/VİDEO (YENİLƏNDİ)

Sərnişin təyyarəsinin qəza enişi etməsi nəticəsində xəsarət alanların sayı artıb.

Publika.az TASS agentliyinə istinadən xəbər verir, hadisə zamanı 22 nəfər xəsarət alıb.

Qəza enişi zamanı 2 pilot həlak olub.

***

08:00

Rusiyada An-24 sərnişin təyyarəsi qəza enişi edib.

Publika.az "Report"a istinad'n xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, hadisə Buryatiya Respublikasının şimalında baş verib. Hadisə zamanı 2 heyət üzvü ölüb, daha 7 nəfər xəsarət alıb.

Qeyd edilir ki, təyyarədəki 42 nəfər və 1 uşaq xilas edilib. Təyyarə Nijneanqarskdan Ulan-Udeyə uçurmuş. Hava maşını səmada olarkən mühərriklərdən birində nasazlıq ortaya çıxıb.

İlkin məlumata görə, təyyarə uçuş-enmə xəttindən 100 metr kənara çıxıb və təmizləyici qurğuların binası ilə toqquşub. Təyyarə bundan sonra yanmağa başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm