Torpaqların qaytarılması üçün... – Rusiya əsas ŞƏRTİ AÇIQLADI
Bizi izləyin

MDB

Torpaqların qaytarılması üçün... – Rusiya əsas ŞƏRTİ AÇIQLADI

Əgər Minsk razılaşmalarını yuyub aparmasa, Donbasda nizama salınmaya xarici dəstək üzrə yeni konfiqurasiyalar mümkündür.

Publika.az xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov "Arqumentı i faktı" nəşrinə müsahibəsində bildirib.

“Kiyev və tanınmamış xalq respublikaları (Donetsk və Luqansk separatçı qurumları –red.) arasında məzmunlu birbaşa dialoqun qaydaya salması tamamilə mərkəzi şərtdir”, - Lavrov deyib.

Onun sözlərinə görə, bu mövqe həmçinin prezident Vladimir Putin tərəfindən ukraynalı həmkarı Vladimir Zelenski ilə iyulun 10-da telefon söhbətinin gedişatında təsdiq edilib.

Qeyd edək ki, hazırda Donbas münaqişəsinin nizama salınması üzrə iki format qüvvədədir: Minsk Əlaqə qrupu və “Normand formatı”. Daha əvvəl Ukrayna prezidenti Vladimir Putinlə telefon söhbəti zamanı Minskdə Ukrayna-Rusiya-Almaniya-Fransa (“Normand” dördlüyü)-ABŞ- Böyük Britaniya formatında altıtərəfli görüş keçirməyi təklif edib.

Xatırladaq ki, Ukrayna ordusu və rusiyayönlü qüvvələr arasında Donetsk və Luqansk vilayətlərində silahlı konflikt 2014-cü ilin aprelində başlanıb. 2014-cü aprelin 14-dən hökumət gücləri Donbasda terrorçuluğa qarşı əməliyyatı keçirirdi. 2018-ci il aprelin 30-da anti-terror əməliyyatı rəsmən başa çatıb, onun əvəzinə Donbasın reinteqrasiyası haqqında qanuna uyğun olaraq, Birləşmiş güclərin əməliyyatı başlanıb.

Donetsk və Luqansk vilayətlərinin bir hissəsi hazırda rusmeylli separatçılar tərəfindən nəzarət altındadır. Kiyev işğal prosesində Rusiyanın nizami qoşununun iştirak etdiyini və hazırda burada Rusiya hərbçilərinin olduğunu iddia edir. Moskva isə münaqişə tərəfi olmadığını, münaqişənin Ukraynanın daxili işi olduğunu bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm