İrəvana uçan təyyarədə yanğın HƏYƏCANI: 178 nəfər...
Bizi izləyin

MDB

İrəvana uçan təyyarədə yanğın HƏYƏCANI: 178 nəfər...

Moskvanın Şeremetyevo hava limanından İrəvana uçmalı olan “Boeing 737” sərnişin təyyarəsi pilot uçuşu dayandırıb.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə İdarəsinin məlumatına görə, buna səbəb pilot kabinəsində tüstülənmə barədə siqnal olub.

Məlumata görə, 173 sərnişin və ekipajın 6 üzvü təyyarədən təxliyyə edilib. Salonu təcili tərk etmə zamanı yaranan basırıq nəticəsində 8 nəfər xəsarət alıb. Onlardan ikisi xəstəxanaya yerləşdirilib.

Tüstülənmə xəbəri öz təsdiqini tapmadığı bildirilir.

“RİA-Novosti” agentliyinin mənbəyinə görə, təxliyyə edilən sərnişinlərdən 28-i ehtiyat təyyarə ilə İrəvana uçmaqdan imtina edib. Ən yaxın reyslə İrəvana uçuş planlaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm