• USD 1,7000 0,00% EUR 1,8829 +0,41%
    • GBP 2,1791 +0,49% RUB 0,0265 +0,38%

Ölüm xəbəri yayılan Berdiməhəmmədov elə bir şey etdi ki... - YENİLƏNDİ

  • MDB
  • 21 İyul 2019 20:37
  • 4 585 Baxış
Ölüm xəbəri yayılan Berdiməhəmmədov elə bir şey etdi ki... - YENİLƏNDİ

Bu gün kütləvi informasiya vasitələrində ölüm xəbəri yayılan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Səhiyyə və tibb səneyesi işçiləri günü münasibəti ilə ölkənin tibb işçilərini təbrik edib.

O, öz təbrik məktubunda ölkə səhiyyəsində qazanılan uğurları qeyd edib.

Bildirib ki, hazırda ölkə üzrə səhiyyə sisteminin Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun təkmilləşdirilməsi üzrə işlər uğurla həyata keçirilir.

"Xüsusilə ana və uşaqların sağlamlığı və qorunması təmin edilib, bir sıra yoluxucu xəstəliklər tamamilə aradan qaldırılıb, sağlam həyat tərzi prinsipi tətbiq olunub", - deyə prezident məktubunda bildirib (Report).

***

19:28

Türkmənistanın Rusiyadakı səfirliyi ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədovun vəfat etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, Moskvadakı diplomatik missiyanın nümayəndəsi məlumatı təkzib edib.

"Bu tamamilə yalandır", — deyə agentliyin həmsöhbəti bildirib.

***

18:18

Rusiya KİV-ində Türkmənistan prezidenti Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun vəfatı haqqında informasiya çıxıb.

Publika.az “Rosbalt” agentliyinə istinadən xəbər verir ki, bu haqda politoloq və "Qovorit Moskva" radiostansiyasının Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev bildirib.

O bu barədə türkmən iş adamlarından xəbər tutduğunu deyib. Onların sözlərinə görə, xüsusi xidmət orqanlarında işləyən şəxslər hadisənin prezident məzuniyyətdə olan zaman baş verdiyini deyiblər.

İnformasiya rəsmi qaydada təsdiq və ya inkar edilməyib.

Bildirilir ki, Qurbanqulı Berdımuhammedov iyulun 15-də məzuniyyətə çıxıb. "Türkmənistanın xronikası" nəşrinin xəbərinə görə, prezident 10 gün - iyulun 5-dən 15-dək tamaşaçı qarşısına çıxmayıb. İyulun 15-dən Berdiməhəmmədov haqqında heç bir informasiya yoxdur.

Qeyd edək ki, ixrisasca stomatoloq olan Qurbanqulu Berdiməhəmmədov 14 fevral 2007-ci ildən post-sovet respublikasına başçılıq edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR