Ukraynada 5 partiya Ali Radaya keçir - "Eksit-poll"un nəticələri açıqlandı
Bizi izləyin

MDB

Ukraynada 5 partiya Ali Radaya keçir - "Eksit-poll"un nəticələri açıqlandı

Ukrayna Ali Radasına beş partiya keçir.

Publika.az xəbər verir ki, bu haqda “112 Ukrayna” telekanalının sifarişi üzrə keçirilmiş “ekzit-poll”un nəticələrində deyilir.

Prezident Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası 42,7 faiz səslə liderlik edir. “Müxalifət platforması - həyat üçün” 12,9 faiz səslə ikinci yerdə gəlir. Bu iki partiyanı 8,8 faiz səslə sabiq prezident Petro Poroşenkonun “Avropa həmrəyliyi” partiyası izləyir.

Həmçinin Yuliya Timoşenkonun “Batkivşina” (8,5) və musiqiçi Svyatoslav Vakarçukun “Səs” partiyaları (6,5) parlamentə keçir.

Zelenski seçkilərin nəticələrin ilkin açıqlanmasından sonra bildirib ki, partiyasının qələbəsi ona qanunverici təşəbbüslərini reallaşdırmağa imkan verəcək. Xüsusi halda, o, Ukraynanın yeni baş prokurorunu təyin etməyə, həmçinin prezidentin impiçmenti haqqında qanunu qəbul etməyə söz verib.

Zelenski Donbasda müharibənin dayandırılması, korrupsiya ilə mübarizə və əsirlərin qaytarılmasını hakimiyyətin prioritet məsələləri adlandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm