KİV Ukraynanın baş naziri postuna namizədləri açıqladı
Bizi izləyin

MDB

KİV Ukraynanın baş naziri postuna namizədləri açıqladı

“Naftoqaz” şirkətinin top-menecerləri Andrey Kobolev və Yuri Vitrenko, həmçinin Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Danilyuk baş nazir vəzifəsinə namizədlər siyahısındadır.

Publika.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “Ukraynskaya Pravda” internet-nəşri bildirib.

Bundan başqa, Vladislav Raşkovanın (Beynəlxalq Valyuta Fondunda Ukraynanın nümayəndəsi – red.) da adı çəkilir.

Qeyd edək ki, ötən gün Ukraynada növbədənkənar parlament seçkiləri keçirilib. Deputat korpusunun yarısı (225) partiya siyahıları, digər yarısı isə majoritar dairələrdə seçiləcək. Parlamentə 5 faizlik baryeri keçən partiyalar keçə biləcəklər.

Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, Ukrayna prezidenti Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası 38,99 faiz səslə parlament seçkilərində liderlik edir.

Yuliya Timoşenkonun “Batkivşina” partiyası 11,18 faiz səslə ikinci yerdə gəlir. Bu iki partiyanı 8,64 faiz səslə sabiq prezident Petro Poroşenkonun “Avropa həmrəyliyi” partiyası izləyir.

Oleq Lyaşkonun "Radikal" partiyası (8,03 faiz) və “Müxalifət platforması - həyat üçün” (7,1 faiz) dördüncü və beşinci yerlərdə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm