Kiyev Donbasın qaytarılması planını açıqladı
Bizi izləyin

MDB

Kiyev Donbasın qaytarılması planını açıqladı

Donbas münaqişəsi qanunların qəbulu yolu ilə həll edilmir, bunun üçün tədbirlər kompleksi lazımdır.

Publika.az xəbər verir ki, bunu Ukraynanın prezident partiyası “Xalqın Xidmətçisi”nin başçısı Dmitri Razumkov “Kommersant” nəşrinə müsahibəsində bildirib.

“Bu, qanunverici hissədir. Ali Rada daxilində də müzakirənin bu hissəsi açıq-aydın olacaq, amma bu, qanunlar məsələsi deyil. Bu, arzu məsələsidir. Müharibəni bitirmək arzuları Ukrayna tərəfində var”, - Razumkov bildirib.

Partiya lideri əlavə edib ki, münaqişənin dayandırılması üçün diplomatik səylər, sanksiyalarla təzyiq və daxili siyasətdə problemlərin həlli lazımdır.

İyulda Razumkov bildirmişdi ki, Donbasda separatçı hərbi birləşmələrinin döyüşçüləri üçün amnistiyadan söhbət gedə bilməz. Daha əvvəl prezident Vladimir Zelenski Donbasa xüsusi statusun verilməsinə qarşı çıxıb. O həmçinin qeyd etmişdi ki, seçkilərdə qələbə qazanacağı halda Donbas döyüşçüləri üçün amnistiya haqqında qanunu imzalamayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm