Qırğızıstan prezidenti təcili paytaxta qayıtdı
Bizi izləyin

MDB

Qırğızıstan prezidenti təcili paytaxta qayıtdı

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov bu gün məzuniyyətini yarımçıq saxlayıb və Bişkekə yola düşüb.

Publika.az xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Bu gün sabiq dövlət başçısının qərargahının yaydığı məlumata görə Almazbek Atambayev Çuy vilayətinin Koy-Taş kəndində saxlanılaraq naməlum istiqamətə aparılıb. Lakin bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

Qırğızıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, sabiq prezidentin iqamətgahının yerləşdiyi Koy-Taş kəndində ictimai qaydanın mühafizəsinə əlavə milis qüvvələri cəlb olunub. Xüsusi təyinatlılar rezin güllələrdən və səs qumbaralarından istifadə ediblər. Əməliyyatın gedişində bir neçə nəfər, o cümlədən yerli nəşrlərdən birinin jurnalisti yaralanıb.

Almazbek Atambayev ölkəyə 2011-ci ildən 2017-ci ilədək rəhbərlik edib. O, Qırğızıstan tarixinə seçkilərdən sonra hakimiyyəti yeni seçilmiş dövlət başçısına könüllü təhvil verən yeganə prezident kimi düşüb.

Xatırladaq ki, iyunun 27-də Qırğızıstan parlamenti respublikanın sabiq prezidenti Almazbek Atambayevin toxunulmazlıq statusunu ləğvi edib. Onun adı qanun pozuntusu ilə bağlı bir neçə epizodda hallanır. Qırğızıstanın sabiq rəhbəri torpaq sahələrinin təyinatlarının dəyişdirilməsinə kömək göstərməkdə, Bişkek istilik elektrik stansiyasının yenidən qurulması zamanı korrupsiya hallarına yol verilməsində, kriminal avtoritet Əziz Batukayevin həbsdən qanunsuz buraxılmasında, həmçinin Çuy vilayətinin Koy-Taş kəndində ev tikdirmək üçün qanunsuz olaraq torpaq sahəsi almaqda ittiham edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm